Xiroşima faciəsinin 78-ci il dönümü keçiriləcək
Dünya xəbərləri

Xiroşima faciəsinin 78-ci il dönümü keçiriləcək

Yaponiyada minlərlə insanın ölümünə səbəb olan dünyanın ilk atom bombası hücumunun 78-ci ildönümündə qurbanlar yad ediləcək.

 “Respublika” xarici KİV-ə istinadən xəbər verir ki, 110 ölkədən minlərlə nümayəndənin qatılacağı tədbirdə Xiroşima qurbanlarının xatirəsi yad ediləcək, həmçinin ABŞ-ın “Little boy” atom bombasının şəhərə düşdüyü saatda, yəni 08:15 radələrində bir dəqiqəlik sükut elan olunacaq.

Xatırladaq ki, dünyanın ən sarsıdıcı faciələrindən biri olan Xiroşimaya atom bombasının atılması ABŞ-ın Yaponiyanın onun İkinci Dünya müharibəsində “Pörl Harbor” limanını vurmasının intiqamı kimi düşünülür.