Ruanq vulkanı yenidən püskürüb
Dünya xəbərləri

Ruanq vulkanı yenidən püskürüb

İndoneziyanın Şimali Sulavesi əyalətində Ruanq vulkanı yenidən püskürüb.

"Respublika" "Hürriyet"ə istinadən xəbər verir ki, İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi (PVMBG) tərəfindən edilən açıqlamada, vulkanın lava və kül püskürdüyü və həyəcan səviyyəsinin 3-dən 4-ə yüksəldildiyi bildirilib. İki həftə əvvəl vulkanın püskürməsindən sonra minlərlə insan evlərindən təxliyə edilib

Partlayışdan sonra ştatın Sam Ratulanqi Beynəlxalq Hava Limanında bütün əməliyyatlar dayandırılıb. Bildirilib ki, hava limanı sabah günorta saatlarına qədər bağlı qalacaq.

Röya RÜSTƏMLİ,

“Respublika”.