AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"AKIpress": Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir

Bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.

"AKIpress" xəbər verir ki, İlham Əliyevin sözlərinə görə, Azərbaycan Şərq-Qərb marşrutu üzrə yükdaşımalara artan tələbatı ödəmək üçün Batumi-Tbilisi-Qars dəmir yolunu modernləşdirir.

Gələn il dəmir yolu ilə yük daşınması 1 milyon tondan 5 milyon tona çatdırılacaq. Prezident qeyd edib ki, Bakı Ticarət Limanının gücü 15 milyon tondan 25 milyon tona qədər artır.

Sputnik Tacikistan":Tacikistan Prezidenti İlham Əliyevin sammitdə iştirakının önəmini qeyd edib

Prezident İlham Əliyev sentyabrın 14-də Tacikistana səfər edib. Bu barədə "Sputnik Tacikistan" xəbər portalı məlumat yayıb.

Dövlət başçısı səfər çərçivəsində Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb. Emoməli Rəhmon bildirib ki, İlham Əliyevin Mərkəzi Asiya dövlət başçılarının Düşənbədə keçirilən 5-ci Məşvərət görüşündə fəxri qonaq kimi iştirakı Tacikistanla münasibətlərin inkişafına kömək edəcək. Görüşdə həmsöhbətlər Tacikistan ilə Azərbaycan arasında əməkdaşlığı müzakirə edib və İlham Əliyevin 2023-cü ilin aprelində Düşənbəyə səfəri zamanı əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə diqqət yetiriblər. Bundan başqa, liderlər  ticari-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, Mərkəzi Asiya ölkələri prezidentlərinin sammiti 14-15 sentyabrda Düşənbədə keçirilib.

Hurriyyet daily news":Zəngəzur dəhlizi regional sülhün  açarıdır

Türkiyə Ermənistanı Qarabağda atəşkəs rejimini pozmaq əvəzinə diqqətini sülh danışıqları və əməkdaşlığa yönəltməyə çağırıb və vurğulayıb ki, regionda davamlı sülhə gedən yol Zəngəzur dəhlizinin açılmasından keçir.

"Ermənistanın həm atəşkəs rejimini pozması, həm də bölgədə xəndək qazması və yeni mövqelərin yaradılması kimi istehkamları ehtiva edən hərəkətləri müşahidə olunub", - Türkiyə Müdafiə Nazirliyinin polkovniki Zeki Aktürk sentyabrın 14-də mətbuat konfransı zamanı bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın gərginliyi azaltmaq məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı apardığını xatırladan Aktürk Ankaranın Ermənistanı təxribatları bir kənara qoymağa, sülh danışıqları və əməkdaşlığa diqqət yetirməyə çağırdığını diqqətə çatdırıb.

Hurriyyet daily news":Azərbaycan dünyada

ilk BAP sertifikatlı nərə balığı istehsal edir

Azərbaycanda fəaliyyət göstərən nərə balığı istehsalçısı "Azərbaycan Balıq Təsərrüfatı" MMC bu yaxınlarda Ən Yaxşı Akvakultura Təcrübələri (BAP) sertifikatına layiq görülüb və bu statusu əldə edən ilk nərə balığı istehsalçısı olub.

Azərbaycan Balıq Təsərrüfatı (AFF) BAP sertifikatı alan ilk nərə balığı yetişdirən fermadır. 2017-ci ildə yarandığı gündən AFF Azərbaycanda innovasiya və məsuliyyətli balıq yetişdirilməsi və kürü istehsalına üstünlük verməyi qarşısına məqsəd qoyub. BAP sertifikatı AFF-nin davamlı təcrübələri inkişaf etdirmək səylərini tanıyır.

"Turkic World": Azərbaycanla yaşıl enerji sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar var

"Turkic World" xəbər saytı Bolqarıstan Prezidenti Rumen Radevlə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova arasında sentyabrın 13-də baş tutan görüş barədə məlumat yayımlayıb. Məlumatda, Azərbaycan ilə Bolqarıstanın sadəcə strateji tərəfdaş ölkələr deyil, həm də çox yaxın ölkələr olduğu qeyd edilib. Dövlətlərimiz arasında yüksək səviyyəli siyasi dialoqun müntəzəm xarakter daşıdığı da xəbərdə öz əksini tapıb. Bolqarıstan Prezidentinin sözlərinə görə, Azərbaycan və Bolqarıstanın regionun sabitliyinə və təhlükəsizliyinə dair mövqeləri eynidir. Rumen Radev ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə və bu il Bolqarıstana, özünün isə bu ilin martında Azərbaycana səfərlərini xoş təəssüratlarla xatırlayıb. Bolqarıstan Prezidenti, həmçinin digər sahələrdə olduğu kimi, parlamentlər arasında da əməkdaşlığın vacibliyini qeyd edərək, bu istiqamətdə təmasların sıxlaşdırılmasının ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyini bildirib. O, həmçinin regionda sülhün və təhlükəsizliyin təmin olunmasını sülh danışıqlarını dəstəklədiklərini də diqqətə çatdırıb.