Bakı Yeni ilin astanasında
Sosial həyat

Bakı Yeni ilin astanasında

2023-cü ilin başa çatmasına saylı günlər qalır. Bir neçə gündən sonra həyatımıza qədəm qoyacaq 2024-cü il qapımızın astanasındadır. Yeni ilin gəlişi insanların üzündə təbəssüm, gözlərində sevinc yaradır. Bayram paytaxtın mənzərəsini də dəyişib. Belə ki, mərkəzi parklarda  yolkalar quraşdırılıb, bayramsayağı bəzədilib. Kütləvi şənliklər üçün hərtərəfli şərait yaradılıb. İnsanlar illərin qovuşduğu anların sevincini, hafizələrdə yadda qalacaq xoş xatirələri yaşayırlar. Həm Yeni ili, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü xalqımız ərazi bütövlüyününun tam bərpasının,  üçrəngli bayrağımızın Qarabağda dalğalanmasının bəxş etdiyi qürur və iftixar hissi ilə qeyd etməyə hazırlaşır.