SUVARMA SUYUNA TƏLƏBAT ÖDƏNİLİR
Region

SUVARMA SUYUNA TƏLƏBAT ÖDƏNİLİR

Qlobal iqlim dəyişikliyi ekoloji tarazlığın pozulmasına, şirin su ehtiyatlarının kəskin azalmasına səbəb olur. Ona görə də mövcud su mənbələrindən səmərəli, itkisiz, qənaətlə istifadə etmək hər bir vətəndaşın məsuliyyətindən çox asılıdır. Bu baxımdan melioratorların üzərinə böyük məsuliyyət düşür.

Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi Şəmil Ziyadov söhbət zamanı bildirdi ki, idarənin kollektivi 29133 hektar əkin sahəsinin suvarma suyu ilə təmin olunmasına xidmət edir.

Su mənbələrini əsasən subartezian quyuları, Tərtərçay, İncəçay və Qarabağ kanalı təşkil edir. Kollektivimiz suyun sahələrə itkisiz və tez ötürülməsi üçün meliorativ tədbirlər həyata keçirir. Belə ki, təsərrüfatlararası və təsərrüfat daxili kanallarda təmizləmə işləri aparılıb. 2023-cü ildə 16 ədəd hidrotexniki qurğuda, 2,8 kilometr beton kanalda təmir işləri aparılıb.

Hazırda idarənin balansında 552 ədəd subartezian quyusu mövcuddur. Bundan 542 ədədi işlək vəziyyətdədir. Cari təsərrüfat ilində suvarma ilə bağlı heç bir problemin yaranmaması üçün meliorativ tədbirlər uğurla davam etdirilir.

Vəli VƏLİYEV,

"Respublika".