Albaniya Prezidenti Bayram Beqay Azərbaycana işgüzar səfərə gəlib
Siyasət

Albaniya Prezidenti Bayram Beqay Azərbaycana işgüzar səfərə gəlib

Albaniya Respublikasının Prezidenti Bayram Beqay XI Qlobal Bakı Forumunda iştirak etmək üçün martın 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

"Respublika" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Prezidenti Bayram Beqayı Azərbaycanın energetika naziri Pərviz Şahbazov və digər rəsmi şəxslər qarşıladılar.