Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir. Eyni zamanda bu, XX əsrin əvvəlindən sonunadək xalqımızın qəlbində yaşayan hissiyyatların, xalqımızın içində gedən proseslərin məntiqi nəticəsidir.

ÜMUMMİLLİ LİDER — 100

 

Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi işinə ən sədaqətli rəhbərlərdən biri idi. O, başa düşürdü ki, Rusiya əsl strateji tərəfdaşdır, Rusiya Azərbaycanı yaxşı tanıyır və Azərbaycanda Rusiyanı tanıyırlar. Heydər Əliyev bu münasibətlərin möhkəmlənməsi və onlara xələl gəlməməsi üçün ardıcıl addımlar atırdı.

Gennadi SELEZNYOV,

Rusiya Federasiyası Dövlət Dumasının sabiq sədri.

 

Heydər Əliyevin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında xidmətlərini yaddan çıxarmırıq və bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə ümid bəsləyirik.

Kim YEN NAM,

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sabiq sədri.

 

Müstəqilliyin ilk illərində ölkədə sabitlik yaradılmasında cənab Heydər Əliyevin rolu yaxşı məlumdur. Onun güclü liderliyi sayəsində Azərbaycan dünya dövlətləri arasında öz mövqeyini təsdiq edə bildi. O, həm də iqtisadi inkişaf və sərmayələr üçün yeni imkanlar açılması işinə töhfə verdi.

Mən ümidvaram ki, cənab Heydər Əliyevin irsi firavan və demokratik Azərbaycan qurulması üçün möhkəm əsas olacaq, bu irsdən ölkənin xalqı bəhrələnəcəkdir.

Jan LEMYER,

Avropa Yenidənqurma və İnkişaf Bankının

sabiq prezidenti.

 

H eydər Əliyev Azərbaycanın müstəqilliyini qüvvətləndirən və ölkənin Avropa ilə, xüsusən Avropa Şurası ilə əlaqələrini möhkəmləndirən şəxsiyyət kimi həmişə yadda qalacaqdır.

Piter ŞİDER,

Avropa Şurası Parlament Assambleyasının

sabiq sədri.

 

P rezident Heydər Əliyev müstəqil Azərbaycanın dünyanın demokratik dövlətlər ailəsinə birləşmək mövqeyinin təşəbbüskarı oldu. Bizim institut bu mövqe ilə həmfikirdir. Biz onun Milli Demokratiya İnstitutuna və Bakıya gəlmiş hər bir üzvümüzə göstərdiyi diqqətli və mehriban münasibətinə hörmətlə yanaşırıq.

Səfir Nelson LEDSKİ,

ABŞ Milli Demokratiya İnstitutunun Avrasiya üzrə sabiq regional direktoru.

 

 

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan böyük tərəqqi yoluna qədəm qoyub.

Xose MARİYA,

İspaniya hökumətinin sabiq sədri.

 

Xəzərin Azərbaycan sektorundakı "Çıraq-1" yatağından ilkin neftin hasil edilməsi görkəmli dövlət xadimi Prezident Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Əmir MUSA,

Misir Ərəb Respublikasının

sabiq xarici işlər naziri.

 

İlkin neftin hasil edilməsinin qeyd olunması çox mühümdür və gələcəyin simvoludur. Bu uğur digər imkanlar üçün qapı açacaqdır. Unutmaq olmaz ki, bu layihə Prezident Heydər Əliyevin cəsur liderliyi, beynəlxalq biznes dairələri ilə əməkdaşlığı nəticəsində mümkün olmuşdur.

Federiko PENYA,

ABŞ-ın sabiq energetika naziri.

 

Azərbaycan Prezidenti qeyri-adi dahi şəxsiyyətdir. Onu ən görkəmli siyasi və dövlət xadimi kimi Corc Vaşinqtonla müqayisə edirəm. Onların hər ikisinin tarixi missiyası arasında uyğunluq var.

Allen UEYNŞEYN,

ABŞ Demokratiya Mərkəzinin sabiq prezidenti.

 

Prezident Heydər Əliyevin fəaliyyətini Atatürklə yan-yana qoyuram, görürəm ki, bir çox məqamlar üst-üstə düşür.

Doktor Əli ARSLAN,

Amerikada Azərbaycan Assambleyasının sabiq sədri.

 

Heydər Əliyev bütün türk dünyasının lideridir. Mən onun zəkası, ağlı, düşüncəsi, cəsarəti qarşısında baş əyirəm.

Namiq Kamal ZEYBƏK,

Türkiyə.