Monteneqro parlamentinin sədri Qarabağda və Şərqi Zəngəzurda görülən işlər barədə məlumatlandırılıb
Siyasət

Monteneqro parlamentinin sədri Qarabağda və Şərqi Zəngəzurda görülən işlər barədə məlumatlandırılıb

Milli Məclisin sədri Sahibə Qafarova mayın 22- ölkəmizdə səfərdə olan Monteneqro Parlamentinin sədri Daniyela Curoviç ilə görüşüb.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Sahibə Qafarova Milli Məclisin ATƏT Parlament Assambleyası ilə birgə mayın 22- Bakıda təşkil etdiyi "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfransın müasir dövrün çox aktual mövzularına həsr olunduğunu diqqətə çatdırıb. O, bu görüşün iki ölkə parlamentlər arasında əlaqələrin daha da möhkəmlənməsinə genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib. Azərbaycan Monteneqronun dost ölkələr olduğunu qeyd edən Milli Məclisin sədri dövlətlərimiz, parlamentlərimiz arasında sıx əlaqələrin intensiv şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. O, ali yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyini xüsusilə vurğulayıb. Azərbaycanla Monteneqronun siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq etdiklərini bildirən Sahibə Qafarova ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiklərini deyib.

Görüşdə qeyd olunub ki, ikitərəfli əlaqələrin mühüm bir istiqamətini parlamentlər arasında münasibətlər təşkil edir. Dostluq qrupları arasında qarşılıqlı təmaslar, parlamentarilərin qarşılıqlı səfərləri bu münasibətlərin inkişafına töhfə verir.

Milli Məclisin sədri qonağa regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq bərpa işləri barədə geniş məlumat verib. Xatırladıb ki, 30 il ərzində Ermənistanın işğalı altında olan bütün şəhər rayonlarımız, kənd qəsəbələrimiz tamamilə dağıdılıb, talan olunub.

Hazırda Azərbaycan dövlətinin öz gücü hesabına Qarabağda Şərqi Zəngəzurda "ağıllı şəhərlər kəndlər", "yaşıl enerji" konsepsiyalarına uyğun olan modern şəhər kəndlər saldığını diqqətə çatdıran Milli Məclisin sədri bu yanaşmanın ilk uğurlu nümunəsi kimi məcburi köçkünlərin artıq geri qayıtdığı Ağalı kəndini qeyd edib. Bildirib ki, konfrans iştirakçılarının Zəngilana nəzərdə tutulan səfəri zamanı onlar həm Ermənistan tərəfindən törədilən dağıntıları, vəhşilikləri, həm Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işlərini öz gözləri ilə görə biləcəklər.

Monteneqro Parlamentinin sədri Daniyela Curoviç qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Milli Məclisin ATƏT Parlament Assambleyası ilə birgə təşkil etdiyi "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfransın yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb. O, bu səfərin Azərbaycanın Monteneqronun Müstəqillik günləri ərəfəsində baş tutduğunu qeyd edərək, bu münasibətlə təbriklərini çatdırıb.

Daniyela Curoviç Azərbaycanın Monteneqro üçün dost ölkə olduğunu bildirərək, ölkələrimizin bir çox sahələrdə əməkdaşlığını qeyd edib. Qonaq parlamentlərimiz arasında da münasibətlərin uğurla inkişaf etdiyini bildirərək, həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsində müsbət əlaqələrin qurulduğunu söyləyib. Parlamentari bu istiqamətdə qarşılıqlı fəaliyyətin davam etdirilməsinin önəmini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.