İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Karate üzrə respublika birinciliyi

Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində fəaliyyət göstərən full kontakt karate və kyokuşin karate növləri üzrə 25-ci açıq respublika birinciliyi və çempionatı keçirilib. Abşeron Olimpiya İdman Kompleksində təşkil olunmuş yarışda paytaxtla yanaşı, bölgələrdən 250-dən çox idmançı mübarizə aparıb. Qaliblər 48 dəst medal uğrunda qüvvələrini sınayıblar. Yarışın açılış mərasimində son 1 il ərzində fərqlənən məşqçi və hakimlər təltif olunublar.

Üç paracüdoçumuz lisenziya turnirində iştirak edəcək

Azərbaycanın üç paracüdoçusu Türkiyənin Antalya şəhərində keçiriləcək Qran-Pridə iştirak edəcək. Vüqar Şirinli (60 kiloqram) J2 kateqoriyasında, Zakir Mislimov (90 kiloqramda) və Xatirə İsmiyeva (+70 kiloqram) isə J1 kateqoriyasında mübarizə aparacaq. Qeyd edək ki, yarış "Paris-2024" Yay Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

İdmançımız beşinci yeri tutub                

Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kubokuna start verilib. "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 atlet (235 kişi və 231 qadın) iştirak edir. Azərbaycan millisinin üzvü Nazilə İsmayılova körpücük üzərinə qalxıb. O, 45 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 127 kiloqram (55 kişi və 72 qadın) nəticə ilə bu çəki dərəcəsində 5-ci yeri tutub.

Qadın hakimimizə UEFA-dan təyinat

Azərbaycanın FIFA dərəcəli qadın hakimi Fəridə Lütfəliyeva UEFA-dan yeni təyinat alıb. O, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində C liqasının 3-cü qrupunun Monteneqro-Andorra oyununu idarə edəcək. Sevda Nuriyeva və Gülnurə Əkbərzadə isə köməkçi hakimlər təyin olunub.

Nərgiz İSMAYILOVA,

"Respublika".