“YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ”
Region

“YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ”

2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Goranboy rayonunda da bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Rayon suvarma sistemləri idarəsinin əməkdaşları tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib. Aksiyanın keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələri ilə mübarizəyə töhfə verməkdir. Bu gün Azərbaycan dünyada gedən iqlim dəyişmələrinə ən həssas yanaşan azsaylı ölkələrdəndir.

Tədbirdə ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparılıb, ərazi alaq otlarından, daşlardan təmizlənib, yeni əkilən ağaclar suvarılıb, tinglərə aqrotexniki qulluq göstərilib.

Zabit XƏLİLOV,

“Respublika”.