Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb
Region

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci kilometrində piyada keçidinin tikintisi yekunlaşıb.

"Respublika" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, layihə üzrə keçidin ümumi uzunluğu 48,6 metr, eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid metal konstruksiyalıdır.

Layihə çərçivəsində piyada keçidinin ətrafında abadlaşdırılma işləri də icra olunub.