Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
CƏMİYYƏT

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) aparılacaq təmir işləri ilə əlaqədar 19 aprel saat 08:00-dan 21 aprel saat 22:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Bu barədə "Respublika"ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.