Bu gündən hava şəraiti sabitləşəcək
CƏMİYYƏT

Bu gündən hava şəraiti sabitləşəcək

İyulun 18-dən etibarən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, 19-20-də isə gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Respublika" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.