Çin hökumətinin milli təhlükəsizlik mülahizələrini əsas götürərək əmr etməsindən sonra “Apple” şirkəti bu ölkənin “App Store”-undan “WhatsApp” və “Threads” proqramlarını çıxarıb.
"Respublika" bu barədə “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir.
“Apple” şirkətinin bəyanatında bildirilir: “Çinin Kiberməkan İdarəsi milli təhlükəsizlik baxımından bu proqramların Çin onlayn mağazasından silinməsi göstərişini verib. Fəaliyyət göstərdiyimiz ölkələrin qanunları ilə razılaşmasaq belə, onlara əməl etməyə borcluyuq”.
Proqramın silinməsi Çində 2023-cü ildə qəbul edilmiş və bu ölkədə fəaliyyət göstərən tətbiqlərin tənzimləyici orqanında qeydiyyatdan keçməsini tələb edən qanunla bağlı ola bilər. Keçən ilin avqustunda Çin hakimiyyəti tərtibatçıları 2024-cü ilin mart ayının sonuna qədər bu qaydaya əməl etməyə çağırıb, əks halda proqramlar ölkədə fəaliyyətini dayandıracaq.