DSMF daha iki beynəlxalq mükafata layiq görülüb
Sosial həyat

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Communitas” beynəlxalq təşkilatının (ABŞ) təşkil etdiyi “Communitas Awards” beynəlxalq müsabiqəsində uğur qazanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Respublika" ya verilən məlumata görə, DSMF müsabiqəyə təqdim etdiyi "Azərbaycanda sosial ödənişlərin təyinatında müasir humanist yanaşma: İnsan yönümlü proaktiv təyinat mexanizmi" layihəsinə görə “Excellence Winner”, “Ünvanlı sosial yardımın təyinatı üçün maddi-məişət şəraitinin yoxlanmasının süni zəkaya əsaslanan həlli" layihəsinə görə isə “Leadership Winner” mükafatlarına layiq görülüb.

“Communitas”ın rəsmi səhifəsində yerləşdirilmiş xəritəyə əsasən, təşkilatın bu il verilən həmin mükafatlarına Avropa qitəsindən yalnız 3 təşkilat – Böyük Britaniyanın “Venari Partners” şirkəti (1 mükafat), Türkiyənin “Trendyol” şirkəti (1 mükafat), Azərbaycandan isə DSMF (2 mükafat) layiq görülüb.