Almaniya ilə məşğulluq xidmətləri üzrə əməkdaşlıq genişləndirilir
Sosial həyat

Almaniya ilə məşğulluq xidmətləri üzrə əməkdaşlıq genişləndirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Almaniyada səfərdə olubdur. Səfər çərçivəsində Agentliyin nümayəndələri Almaniyanın Nürnberq, Fürth, Koburq və Mannheym şəhərlərinə bır sıra görüşlərdə iştirak ediblər.

25 iyun Dövlət Məşğulluq Agentliyindən verilən məlumatda bildirilir ki, keçirilən görüşlərdə Almaniyanın məşğulluq sistemi və mexanizmləri barədə müzakirələr olub, nümayəndə heyətinin üzvləri karyera məsləhəti ofisində iş mexanizmi ilə tanış oublar.

Bundan başqa Agentliyin nümayəndələri Bamberq-Koburq ərazisi üzrə işəgötürənləri birləşdirən Sənaye Palatası (Chamber of İndustry) və Əl İşləri Palatasının (Chamber of Crafts) icraçı direktorları da ilə görüşərək Agentliyin fəaliyyət istiqamətləri, xüsusilə peşə hazırlığı və peşəyönümü məsləhət xidməti üzrə görülən işlər, islahatlar barədə təqdimatlar ediblər.

“Respublika”.