BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq
Siyasət

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Azərbaycan və Ukrayna dəstələrinin inşa etdiyi Ulkan qəsəbəsi həm abadlıq, həm də bütün şəraiti baxımından bu trasda ən yaxşı yaşayış məntəqəsi idi. Biz orada BAM-ın ilk Spartakiadasını keçirmişik. Həmçinin digər kütləvi mədəni tədbirlər təşkil edirdik.

"Respublika" xəbər verir ki, bu sözləri Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının (BAM) 50 illiyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündən sonra jurnalistlərə müsahibəsində 1974-1983-cü illərdə BAM-ın tikintisində ÜLKGİ MK-nın keçmiş qərargah rəisi Yuri Verbitski söyləyib.

Yuri Verbitski vurğulayıb: “Heydər Əliyev işlərin gedişini öyrənmək üçün bizim yanımıza gəldi, tikdiyimiz qəsəbələrə baxdı. Bir rəhbər kimi, biz ona minnətdarıq. Əgər Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində qalsaydı, düşünürəm ki, SSRİ indiyədək tərəqqi edirdi”.