Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
İdman

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycanın bədii gimnastları Bolqarıstanın Burqas şəhərində keçiriləcək “Prize of Julieta Shishmanova” beynəlxalq turnirində iştirak edəcəklər.

"Respublika" xəbər verir ki, məşqçilər Aliyə Paşayeva və Nigar Mircəlallının rəhbərliyi altında Ayan Sadıqova, Dəniz Abdullazadə və Dəniz Əsgərova fərdi proqramda qüvvəsini sınayacaq.

Turnirdə Azərbaycan hakimlərindən Dilbər İbrahimova və Səbinə Hacıyeva ədaləti qoruyacaq.

Qeyd edək ki, yarış aprelin 26-dan 28-dək təşkil olunacaq.