Finlandiya Aİ üzvü olmayan ölkələrdən olan tələbələr üçün təhsil haqlarını artırmaq istəyir
Dünya xəbərləri

Finlandiya Aİ üzvü olmayan ölkələrdən olan tələbələr üçün təhsil haqlarını artırmaq istəyir

Finlandiya hökuməti Avropa İttifaqı (Aİ) və Avropa İqtisadi Bölgəsi (EEA) xaricindəki ölkələrdən olan tələbələr üçün təhsil haqlarını artırmaq istəyir. 

"Respublika" xəbər verir ki, bu barədə Yle teleradio kanalı məlumat yayıb.

Bildirilib ki, Finlandiyanın Təhsil Nazirliyi Aİ və AEA-dan kənar ölkələrdən olan tələbələrin təhsil haqqlarının tam ödənilməsi üçün layihə hazırlayan işçi qrup yaradıb. Məqsəd əcnəbi tələbələrin əldə etdikləri diplomların artıq dövlət tərəfindən maliyyələşdirilməməsini təmin etməkdir.