Gədəbəydə “Yaşıl marafon
Region

Gədəbəydə “Yaşıl marafon" keçirilib

Gədəbəy rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və Dünya Uşaq Atletikası Gününə həsr olunmuş “Yaşıl marafon" keçirilib.

Gənclər və İdman Nazirliyindən "Respublika"ya verilən məlumata görə, "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan turnirdə 2010-2011-ci il təvəllüdlü uşaqlar 1.609 km məsafəni qət ediblər.

Qadınlar arasında Fidan Mustafazadə (5.28) birinci olub. Aynur Əsgərova (5.52) və Həbibə Əsgərova (6.16) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Kişilər arasında Rihad Mustafayev (3.50), Samid Əliyev (4.25), Cahid İbrahimov (4.26) ilk üçlükdə qərarlaşıblar.