Şəki: Yaşıllıqlar məkanı quru ağaclarla əvəzlənə bilər
Region

Şəki: Yaşıllıqlar məkanı quru ağaclarla əvəzlənə bilər

Replika

Ölkəmizin bütün bölgələrində yaşıllaşdırma ilə bağlı görülən işlərə nəzər salanda adama elə gəlir ki, Şəki şəhərində müvafiq qurumların rəhbərləri əməkdaşları bu vacib dövlət siyasətindən sanki xəbərsizdirlər. Çünki hər yerdə yeni ağaclar, kollar əkilir, mövcud ağaclara yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, yaşayış sahələrinə yeni həyat gözəllik verilir.

Şəki şəhərində bu sahədə daha mühüm işlərin görüldüyünü fikirləşsək , gördüyümüz reallıq bütün bunların əksi oldu. Şəhərin Aydın Məmmədov, Məmməd Əmin Rəsulzadə digər bir sıra küçələrində ağaclara qulluq əvəzinə, kortəbii münasibət göstərilir. Şəhərin füsunkar təbiətinə xüsusi gözəllik bəxş edən böyük bir tarixi ilə seçilən ağaclar göz görə-görə məhv edilir, dibləri betonlanır, asfaltlanır, tamet döşənir. Bu işə cavabdeh olan məmurlar isə bunun qarşısını almaq əvəzinə vəzifə öhdəliklərinin üzərindən susmaqla keçməyə çalışırlar. Bu acınacaqlı fakta reaksiya verən, ağacların məhvinin qarşısını almağa çalışan bir nəfər tapılmır.

Digər tərəfdən isə Şəki ölkəmizin daha çox yerli xarici turist cəlb edən şəhəri kimi tanınır. Əfsuslar olsun ki, təbiətə qarşı bu biganəliyi görənlərin şəhər ölkəmiz haqqında hansı fikirlərə düşdüyünü, xalqımızın insan ömrünü uzadan ağaclara təbiətə belə qayğısızlığı barədə fikirləşdiyini anlamaq heç çətin deyil. Bu mənada real faktları çəkdiyimi görən əcnəbinin reaksiyasını da asanlıqla başa düşdüm. Axı necə ola bilər ki, dünyanın 10-dan artıq şəhəri ilə qardaşlaşan, təcrübə mübadiləsi üçün qarşılıqlı səfərlər edən şəhərin müvafiq qurumlarının rəhbərləri bələdiyyə əməkdaşları bunu görməsinlər? Beləliklə biz öz ömrümüzə düşmən kəsilməklə bunun xaricdə təbliğatını aparmağa çalışırıq. Belə acınacaqlı vəziyyət davam edərsə, yaxın zamanda Şəkinin yaşıllıqlar məkanı quru ağaclarla əvəzlənə bilər.

M.NƏRİMANOĞLU,

"Respublika".