“Gəncə” voleybol komandasında yeni məşqçi təyinatı reallaşıb.
"Respublika" klubdan verilən məlumata istinadla xəbər verir ki, Gəncə şəhərinin eyniadlı təmsilçisi qazaxıstanlı fiziki hazırlıq üzrə məşqçi Aleksandr Titorenko ilə 1 illik müqavilə imzalayıb.
Qazaxıstan milli komandasının da məşqçilər korpusunda yer alan mütəxəssis ötən mövsüm ölkəsinin “Jetısu” klubunda çalışıb.