İdman

"Beşiktaş" niderlandlı futbolçu ilə razılığa gəlib

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

"Respublika" yerli "Sabah" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə "Fulhem"ində çıxış edən Kenni Tete ilə razılığa gəlib.

28 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanacaq. Niderlandlı oyunçu azad agent kimi "Beşiktaş"a keçəcək.

Qeyd edək ki, Kenni Tete 2020-ci ildən London klubunun formasını geyinir.