Yens Andersson: Başlıca məqsəd
İdman

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

"Neftçi"nin hazırkı heyətində yaşlı oyunçular olsa da, yeni qurulan skaut komandamızın əsas məqsədi xarakteri yaxşı olan futbolçular cəlb etməkdir".

“Respublika” xəbər verir ki, bu sözləri "Neftçi"nin idman direktoru Yens Andersson onun üçün təşkil olunan mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis bildirib ki, hazırda komandada müəyyən narahatçılıq da var: ”Bu da nəticələrlə bağlıdır. Böyük klublara hər zaman təzyiqlər olur. Bəzən qısa vaxt ərzində də uğur qazanmaq olar. Yaxşı nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik"