2012-2017-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Rosen Plevnelievdən
Məktublar

2012-2017-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Rosen Plevnelievdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Sizi Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün tam təmin olunması istiqamətindəki davamlı fəaliyyətiniz və əldə etdiyiniz tarixi nailiyyətlər münasibətilə təbrik etməkdən böyük şərəf hissi duyuram.

Mən Sizin Qarabağda yaşayan ermənilərin reinteqrasiyası prosesi, onların hüquqlarına zəmanət verilməsi ilə bağlı mövqeyinizi, həmçinin müxtəlif mədəniyyətlərə və dini inanclara münasibətinizi tam şəkildə dəstəkləyir və yüksək qiymətləndirirəm. Azərbaycanın müxtəlif etnik və dini icmalar arasında anlaşmaya göstərdiyi diqqət və dəstəkdən qürur duyuram.

Cənab Prezident, Sizə fəaliyyətinizdə uğurlar arzulayıram, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Rosen Plevneliev

2012-2017-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü