Ağalıda müsabiqə
Region

Ağalıda müsabiqə

Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Zəngilan rayonunun Ağalı kəndində Beynəlxalq Ailə gününə həsr  olunmuş “Ulduzluev” müsabiqəsi keçirilib.

Müsabiqə çərçivəsində Ağalı sakinlərinə məxsus 32 həyətyanı sahəyə baxış keçirilib. “Kaspi” qazetinin baş redaktoru Vyaçeslav Sapunov, Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, jurnalist Ramilə Qurbanova, dizayner Ləman Əsgərova tərəfindən həyətyanı sahələr 5 meyar üzrə - bağçılıq, quşçuluq, həyətyanı sahənin dizaynı, kreativlik və qarşılamaya  görə  qiymətləndirilib.

Qiymətləndirmə nəticəsində Ağalı kənd sakinləri İlyas Ağalarov, Fərmayıl İsmayılov 1-ci yer, Umidvar Səlimov, Minayə Mahmudova 2-ci yer, Vəliyəddin Paşayev, Rəhilə Almuradova, Emin Quliyev, Minə Mirzəyeva, Balaoğlan Mirzəyev 3-cü yerə layiq görülüblər. Qaliblərə diplom    və hədiyyələr təqdim olunub. Sadalanan meyarlara cavab  verən  həyətlərə  müxtəlif   sayda   ulduzlar  verilib.

"Ulduzluev" müsabiqəsinin   hər il keçirilməsi nəzərdə tutulur.

                     Nəriman CAVADOV,

                        “Respublika”.