Ağcabədidə baramaçılığa maraq artır
Region

Ağcabədidə baramaçılığa maraq artır

Respublikamızda kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, torpaqlardan səmərəli istifadə edilməsi, aqroparkların yaradılması, iri fermer təsərrüfatlarının inkişafı əhalinin məşğulluğunun təmin olunmasına təkan verir. Aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı dövlət başçısının göstəriş tapşırıqları Ağcabədi rayonunda uğurla həyata keçirilir. Xüsusilə taxılçılığın, pambıqçılığın baramaçılığın inkişafına rayonda böyük diqqət yetirilir, məhsul bolluğu yaradılması istiqamətində lazımi tədbirlər görülür.

Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədinin təsərrüfat həyatında baramaçılıq mühüm yer tutur. Hələ keçmiş zamanlarda rayonda baramaçılıqla bağlı yaxşı ənənə yaranıb. "Bəsləsən atlas olar tut yarpağından" kəlamı bir neçə ildir ki, ağcabədili kümçülərin əmək devizinə çevrilib. Ötən əsrin axırlarında, daha doğrusu, 1990- illərin əvvəllərində respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda baramaçılıq tənəzzülə uğrasa da, 2016- ildən bu gəlirli sahə yenidən bərpa edilib ötən illərdə uğurlu nəticələr qazanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə son illərdə rayon ərazisində 400 min ədəddən çox tut tingi əkilib.

Qeyd edək ki, cari mövsümdə rayonda 41 inzibati ərazi üzrə 278 nəfər kümçü "AZ SİLK" MMC ilə müqavilə bağlayıb onlara 700 qutu tut ipəkqurdu paylanılıb. Rayonun Qaraxanlı, Boyad, Xocavənd, Sarıcalı digər kəndlərdə kümçülər daha çox ipəkqurdu bəsləyirlər. Bəsləmə optimal müddətdə aparılır hazırda ipəkqurdları axırıncı yaşdadır. Mütəxəssislərin qənaətinə görə, bu il yüksək məhsuldarlıq gözlənilir yaxın günlərdə kümçülər barama təhvilinə başlayacaqlar. Qeyd edək ki, baramanın hər kiloqramına ödənilən subsidiyanın məbləği artırılaraq 6 manat baramanın alış qiymətinin 5 manat təyin olunması nəticəsində kümçülərə təhvil veriləcək yaş baramanın hər kiloqramına görə ümumilikdə, 11 manat ödəniləcək. Sözsüz ki, bu da kümçülərin daha çox gəlir əldə etməsinə səbəb olacaq. Xüsusilə qeyd etməliyik ki, baramaçılığın bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların güzəranının yaxşılaşmasına xidmət edir. Kənd adamları yaxşı başa düşürlər ki, baramaçılıq qısa müddət ərzində onlara daha yaxşı gəlir əldə etməyə şərait yaradır.

Salman ALIOĞLU,

"Respublika".