Sosial həyat

"Ana, təbrik edə bilərsən, biz Şuşadayıq"

Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. İgid oğullar torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər.

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlardan biri Qubat Hüsür oğlu Əliyevdir. Qubat Əliyev 1994- il fevralın 4- Sumqayıt şəhərində anadan olub. 2001-2010-cu illərdə Sumqayıt şəhər 8 nömrəli orta məktəbdə oxuyub, daha sonra 1 nömrəli Peşə Liseyində təhsilini davam etdirib. 2013- ildə hərbi xidmətə çağırılıb Ağdam rayonunda xidmət edib. Hərbi xidməti dövründə baş atıcı tuşlayıcı vəzifələrini icra edib. General Polad Həşimovun şəhid olmasından sonra evdə qərar tuta bilməyən Qubat səfərbərlik idarəsində könüllü qeydiyyatdan keçib. Vətən müharibəsi başlayandan 11 gün sonra, oktyabrın 9-da ordu sıralarına çağırılıb. Qubadlı, Ağdərə Xocavənd istiqamətində gedən ağır döyüşlərdə öz xüsusi bacarığı ilə seçilən qəhrəmanlarımızdan biri olub.

2016- ildə ailə həyatı quran Qubatın özündən sonra Elcan adlı oğul övladı yadigar qalıb. Şəhid olduqdan sonra qəhrəmanın ikinci övladı dünyaya gəlib. Körpə atasının adını daşıyır. Əsgər yoldaşları bir oğlu olduğunu ikinci övladının dünyaya gələcəyini bildiklərindən ölüm-dirim savaşı olan Şuşa döyüşündən onu çəkindirmək istəyiblər. Lakin o, inadla "mən komandirimlə birlikdə Şuşaya getmək, onu azad edənlərin sırasında olmaq istəyirəm", - deyib.

Atası Hüsür Əliyev deyir: "Oğlumun igidlik göstərdiyi son döyüşü Qırmızı Bazar istiqamətindən Şuşaya doğru olub. Danışırdıq. Deyirdi, "Füzulidəyik, Xocavənddəyik". Çox yerlərin adını bilmirdi, "meşələrdəyik", deyirdi".

Şuşanın alınması uğrunda gedən qızğın döyüşlərdə Qubat dağın başında yerləşən mövqedə düşmənə sarsıdıcı zərbələr endirib. "Ana, bizi təbrik edə bilərsən. Biz artıq Şuşadayıq. İllər sonra Şuşanı azad etdik". Şuşa xəbərini anası Nigar xanıma çatdıran Qubat telefon danışığından 2 saat sonra Şuşa yüksəkliyində qəhrəmancasına şəhid olub.

Qubat uşaq vaxtlarından vətənə, torpağa bağlı olub. Torpaqlarımızın işğalı ilə heç cür barışa bilməyib. Əmisi Saday Əliyev deyir ki, Qubat işğal altında olan ərazilərimizin azad olunmasını səbirsizliklə gözləyirmiş: "O, heç vaxt Vətənin, torpaqlarımızın işğalı ilə barışa bilmirdi. "Erməni kimdir ki, gəlib bizim torpaqları alıb. 10 milyon bizik, 2 milyon erməni bizim torpaqları alsın?! Mən heç özümə sığışdıra bilmirəm", - deyirdi".

Qardaş itkisi bacı üçün çox ağır olsa da, onun vətən uğrunda şəhid olması ilə təsəlli tapır Sara Əliyeva: "Hər il onun doğum gününə yığışardıq. Mən iki gün öncədən gəlirdim. Böyük bir həvəslə doğum gününə hazırlıq görərdik. İndi isə gəlmişəm, amma o yoxdur. Onsuzam. Dünyam qardaşım, dünyamı qaraldan qardaşım. Sənsiz çox darıxıram. Sən mənim döyünən ürəyim idin. Sən mənim üçün yaşayırsan, yaşayacaqsan. Kaş ki, yanımda olardın...".

Qubat 2020-ci il noyabrın 8- şəhid olub. Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan xalqı şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizi unutmur, daim yad edir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, dövlətimizin suverenliyi xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş Qubat kimi qəhrəman oğullarımız müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi hesab edilir.

M.MİRZƏ,

"Respublika".