ANAMA ilə
Digər xəbərlər

ANAMA ilə "Azərişıq" ASC arasında birgə fəaliyyət

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) "Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə" (PSTM) istiqamətində digər qurumlarla birgə fəaliyyətini davam etdirir. Bu sahədə növbəti əməkdaşlıq "Azərişıq" ASC tərəfindən maarifləndirmə fəaliyyətinə verilən töhfədir.

Belə ki, "Azərişıq" ASC tərəfindən abonentlərə təqdim olunan enerji istehlakına dair bildiriş qəbzlərinin arxa hissəsində ANAMA ilə razılaşdırılmış xəbərdaredici maarifləndirici məlumatların çap edilməsinə başlanılıb. Qeyd olunmuş xəbərdaredici qəbzlər Şuşa, Ağdam, Füzuli, Beyləqan, Xocavənd, Ağcabədi, Goranboy, Göygöl, Daşkəsən, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Tərtər Bərdə rayonlarını əhatə edəcəkdir.

Ümumilikdə müharibədən sonrakı dövrdə 393 mindən çox insan ANAMA PSTM xidmətinin fəaliyyətindən faydalanmışdır. Həmçinin, dövlət qurumları özəl müəssisələrin mütəxəssisləri üçün "Təlimçilərin Təlimi" maarifləndirmə proqramı davam etməkdədir.

Qeyd edək ki, ötən ildən etibarən Beyləqan, Füzuli, Zəngilan Göygöl ərazilərində yerləşən "Azpetrol" yanacaq doldurma məntəqələrində təqdim olunan ödəniş qəbzlərinin üzərində "Səni evdə gözləyən var. Minalar barədə məlumatlı ol, həyatını təhlükəyə atma!" mesajları yayımlanır.

Qurumlararası birgə fəaliyyət minlərlə insan həyatının təhlükəsizliyinə zəmin yaradır.

"Respublika".