APREL ŞƏHİDİ EHTİRAMLA ANILIB
Region

APREL ŞƏHİDİ EHTİRAMLA ANILIB

Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, hər an torpaqları azad etmək iqtidarında olduğunu, habelə Azərbaycan əsgərinin vətənpərvər qəhrəman obrazını nümayiş etdirdi. Bu döyüşlər zamanı Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrinin təxribatlarına tutarlı cavab verərək nəyə qadir olduğunu göstərdi. Həmin döyüşlərdə qələbə qazanmaqla yanaşı, şəhidlər verdik. Ölümün gözünə dik baxan, qəhrəman, şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyə qovuşan şəhidlərimizdən biri Vaqif Bayramovdur. Ötən gün Rəqəmsal İnkişaf Nəqliyyat naziri Rəşad Nəbiyev Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Aprel şəhidi Vaqif Bayramovun anım günü ilə əlaqədar şəhidin ailəsini ziyarət ediblər.

Şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov bildirib ki, Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi dördgünlük döyüşlərdə qazanılan qələbə xalqımızın orduya olan inamını daha da artırdı. Aprel döyüşləri böyük zəfərin müjdəçisi oldu. Belə ki, 2020-ci ilin sentyabrın 27- başlamış 44 gün davam etmiş Vətən müharibəsində qazanılan parlaq Qələbə bu gün Qafqaz regionunda Azərbaycanın maraqlarına cavab verən yeni geosiyasi reallıq yaradıb. Bu geosiyasi vəziyyət ölkə Prezidenti cənab İlham Əliyevin düşünülmüş daxili xarici siyasətinin nəticəsində mümkün olub. Şəhər rəhbəri, ölkəmizin hər yerində olduğu kimi, Naftalanda da şəhidlərin xatirəsinin daim əziz tutulduğunu gənc nəslə hər bir şəhidin şücaətinin nümunə olduğunu bir daha diqqətə çatdıraraq bildirib ki, şəhid Vaqif Bayramovla qardaşı Mehman Bayramovla hər kəs fəxr edir, onlar bütün gənclərə örnəkdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Vaqif Bayramov ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Şəhid Vaqif Bayramovun qardaşı Mehman Bayramov da 1992-ci ildə torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin ailəsi, şəhidlərə şəhid ailələrinə göstərilən diqqət qayğıya görə Prezident cənab İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Zabit XƏLİLOV,

"Respublika".