Avropa İttifaqında köç davası
Siyasət

Avropa İttifaqında köç davası

İspaniyanın Qranada şəhərində keçirilən “Avropa siyasi birliyi”nin toplantısında bir araya gələn  Avropa İttifaqına  üzv ölkələrin liderləri, miqrasiya  mövzusunda fikir ayrılığına düşüblər.

“Respublika” “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, gələn həftə parlament seçkilərinin keçiriləcəyi Polşada hökumət, İttifaqdakı qanunsuz miqrantlarla bağlı qaydaları dəyişdirmək cəhdlərinin Brüssel və Berlinin "diqtəsi" adlandırıb və buna sərt reaksiya verib.

Həmçinin Macarıstanın Baş naziri Viktor Orban da, Aİ üzv ölkələrin  miqrantları qəbul edən ölkələrə pul ödəməyə məcbur edən dəyişikliklər təklifinə qarşı çıxıb və bunu "qanuni hüquqlarına təcavüz" adlandırıb. Aİ-nin “İmmiqrasiya və Sığınacaq” müqaviləsinin Macarıstan və Polşa qanunlarını pozduğunu söyləyən Orban, belə bir razılaşmanın mümkün olmadığını bildirib. Macarıstan lideri həmçinin vurğulayıb ki, Aİ-nin genişləndirilməsi prosesində strateji nəticələr təhlil edilməlidir və o, Ukraynanın Aİ-yə daxil olmasına da qarşı çıxıb.

Musa Bağırlı,

“Respublika”.