Azərbaycan Asiya Parlament Assambleyasına sədrlik edəcək
Diaspora

Azərbaycan Asiya Parlament Assambleyasına sədrlik edəcək

Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının (APA) İcraedici Şurasının iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda 20 dövlətin parlament nümayəndə heyətləri iştirak ediblər.

Tədbirdə Azərbaycan APA-nın 2024-2025-ci illər üzrə sədri seçilib.