Azərbaycan bu il 18 ölkəyə 8 mlrd. dollara yaxın dəyərdə neft ixrac edib
İQTİSADİYYAT

Azərbaycan bu il 18 ölkəyə 8 mlrd. dollara yaxın dəyərdə neft ixrac edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan İtaliyaya 3 007 295,98 min ABŞ dolları dəyərində 4 910 025,26 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən "Respublika" bildirir ki,, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin dəyərinə görə - red.) ikinci yerdə İspaniya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 644 665,26 min dollar dəyərində 1 017 351,02 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri İsrail tutur. Yanvar-iyun aylarında bu ölkəyə 631 333,05 min dollar dəyərində 1 021 518,33 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 18 ölkəyə 7 803 144,3 min dollarlıq 12 818 606,52 ton neft ixrac edib.