Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib
İQTİSADİYYAT

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib

Sentyabrın 21-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda 2022-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələri, 2021-2025-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, həmçinin Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən sığorta fondunun 2022-ci il üçün büdcə layihələri müzakirə olunub.

AZƏRTAC