Azərbaycan karateçisi üçqat dünya çempionu olub
İdman

Azərbaycan karateçisi üçqat dünya çempionu olub

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

"Respublika"nın xəbərinə görə, o, həlledici qarşılaşmada İsveçrə təmsilçisi Yelena Quriçə 4:3 hesabı ilə qalib gəlib.

Beləliklə, İ.Zaretska üçqat dünya çempionu olub. Təcrübəli idmançı 2018 və 2021-ci illərdə keçirilən mundiallarda da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.