Azərbaycan QHT-ləri
Siyasət

Azərbaycan QHT-ləri "Caucasus Heritage Watch"a etiraz məktubu göndərib

Azərbaycanın elm, tarix, mədəniyyət yönümlü qeyri-hökumət təşkilatları Cornell Purdue universitetlərinin, həmçinin Ford Fondunun dəstəyi ilə hazırlanmış "Caucasus Heritage Watch": 2-ci xüsusi hesabat" ilə bağlı etiraz məktubu göndəriblər.

AZƏRTAC xəbər verir ki, məktubda Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın maddi mədəni irsinə qarşı törətdiyi cinayətlərin hesabatda ört-basdır edilməsinin Azərbaycan QHT-ləri tərəfindən hiddətlə qarşılandığı ifadə olunub.

Həmçinin "Caucasus Heritage Watch: 2-ci xüsusi hesabat"ın hazırlanmasında mütəxəssislərdən ikisinin milliyyətcə erməni olması, digərlərinin isə ermənipərəst mövqeyi ilə tanındığı xüsusi vurğulanıb, həmin şəxslərin belə bir təhrif edilmiş hesabatın hazırlanmasında iştirakının təəccüb təəssüf doğurduğu bildirilib.

Universitetlərin fondun təmsilçilərinə ünvanlanan etiraz məktubunda Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı onun doğurduğu nəticələr barədə ətraflı məlumat təqdim edilib. Bildirilib ki, əgər universitetlərin fondun təmsilçiləri bu mövzuda araşdırmaları Azərbaycanın Qarabağ bölgəsində aparmaq istəsələr, onlar üçün müvafiq şəraitin yaradılmasına kömək göstərilə bilər.