AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİNDƏ MƏZUN GÜNÜ QEYD EDİLİB
Region

AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİNDƏ MƏZUN GÜNÜ QEYD EDİLİB

Azərbaycan Texnologiya Universitetində (ATU) Məzun Gününə həsr olunmuş tədbir keçirilib. Yığıncaqda əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos.Yaşar Ömərov çıxış edərək bildirib ki, bu gün ATU ailəsi üçün əlamətdar bir gündür. O məzunların layiqli vətəndaş olacaqlarına, gələcək həyatlarında, təhsil sahəsində yeni-yeni uğurlara imza atacaqlarına əminlik ifadə edib. Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov və digər çıxış edənlər məzunları təbrik edib, həyatlarının bundan sonrakı mərhələsində uğur və müvəffəqiyyətlər arzulayıblar.

Tədbir ən yüksək göstəriciləri olan, universitetin ictimai həyatında və idman sahəsində fərqlənən tələbələrin təltif olunması ilə davam edib. Ən yüksək nəticələrlə məzun olanların şəkilləri və məlumatları monitorda əks olunub. Tədbirin fəxri qonaqları olan qazi məzunlar hədiyyələrlə təltif edilib.

                               Zabit XƏLİLOV,

                               “Respublika”.