Qəbələ: Mədəniyyətimizin inkişafında yeni dövr
Region

Qəbələ: Mədəniyyətimizin inkişafında yeni dövr

“Heydər Əliyev İli” çərçivəsində 15 Aprel - Beynəlxalq Mədəniyyət Günü ilə bağlı rayon mədəniyyət mərkəzində “Ulu öndərin mədəniyyət sevgisinin bəhrələri” adlı tədbir keçirilib. Öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan mədəniyyət mərkəzinin metodisti Natəvan Mürşüdova müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində silsilə tədbirlərin keçirildiyini qeyd edərək ulu öndərin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan, bu sahəyə verdiyi töhfələrdən danışıb.

Tədbirdə çıxış edənlər vurğulayıblar ki, Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuş, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi beynəlxalq aləmdə tanıtmışdır. Ulu öndərin dahiyanə uzaqgörənliyi, mükəmməl bilik və bacarığı mədəniyyət sahəsində də dərin və silinməz izlər qoyub. Bu gün Heydər Əliyev tərəfindən əsası qoyulan  məqsədyönlü siyasət ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

M.QULUYEV,

“Respublika”.