Azərbaycanda manatla geniş pul kütləsi 9 faiz artıb
İqtisadiyyat

Azərbaycanda manatla geniş pul kütləsi 9 faiz artıb

Bu il aprelin 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 44 milyard 830,3 milyon manat təşkil edib.

"Respublika" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, geniş mənada pul kütləsinin həcmi aylıq müqayisədə 0,2 faiz çox, ilin əvvəlinə nisbətən 0,5 faiz az, illik müqayisədə isə 9,1 faiz artıb.

Manatla geniş mənada pul kütləsinin həcmi martın sonuna 34 milyard 453,6 milyon manat təşkil edib. Bu, fevralın sonuna olan analoji göstəricidən 0,6 faiz çox, ilin əvvəlinə nisbətən 2,6 faiz az, illik müqayisədə isə 16 faiz çoxdur.