Azərbaycanın bu il nəql etdiyi qazın 48 faizdən çoxu Bakı-Tbilisi-Ərzurumun payına düşüb
İqtisadiyyat

Azərbaycanın bu il nəql etdiyi qazın 48 faizdən çoxu Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Yanvar-fevral aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 7 milyard 343,9 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 6,6 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "Respublika"-ya verilən məlumata görə, iki ayda qaz nəqlinin 48,8 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə təbii qaz nəqli 0,41 faiz azalaraq 3 milyard 586,2 milyon kubmetr təşkil edib.

Ətraflı