Yanvar-iyul aylarında 179,5 min ton neft koksu ixrac olunub
İqtisadiyyat

Yanvar-iyul aylarında 179,5 min ton neft koksu ixrac olunub

Bu ilin yanvar-iyul aylarında ölkədən 179,5 min ton neft koksu ixrac edilib.

Dövlət Gömrük Komitəsindən "Respublika"ya verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 49 milyon 515,8 min ABŞ dolları olub.

Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 78 min tona yaxın və ya 16 milyon 616,1 min dollar dəyərində neft koksu ixrac edilib.