Azercell-in dəstəyi ilə keçirilən “Her Improvement
Digər xəbərlər

Azercell-in dəstəyi ilə keçirilən “Her Improvement" layihəsinin bağlanış mərasimi

Finalda iştirakçılar öz startaplarını münsiflər heyətinə təqdim ediblər

"Azercell Telekom" MMC-nin "FemTech" platforması ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilən "Her Improvement" layihəsinin bağlanış mərasimi baş tutub. Tədbir zamanı proqram iştirakçıları layihə müddətində aldıqları bilik bacarıqlar sayəsində ərsəyə gətirdikləri biznes modellərini nümayiş etdiriblər. 5 komanda öz texnoloji startapını 5 müxtəlif mövzu ətrafında qurmuşdu:

–"She leads" komandası - qadın sağlamlığına hamiləliyə nəzarət etmək düzgün məlumat almaq üçün nəzərdə tutulan sağlamlıq tətbiqi;

–"Profcat" komandası - təhsil yönümlü gənclərə fərdi hazırlıq imkanı təklif edən sosial şəbəkə;

–"Parkedin" komandası - Bakı şəhəri üzrə avtopark tıxac məsələlərinin həllinə kömək edən mobil tətbiq;

–"Forcedefem" komandası - insanların suallara asanlıqla cavab tapa biləcəyi, kommunikasiya yönümlü "Sual-Cavab" platforması;

–"My Tailor" komandası - onlayn dərzi platforması.

Startapların qarşısına qoyulan əsas şərt ideyaların texnoloji həllər vasitəsilə həyatın seçilmiş sahələrinə inteqrasiya etməsi idi komandalar bu tapşırığın öhdəsindən uğurla gələrək, artıq implementasiyaya hazır startaplar təqdim ediblər.

İdeyaları dəyərləndirən münsiflər heyəti hər komandaya öz tövsiyələrini verib, bu yolda gənc qadınlara müvəffəqiyyət arzulayıb. Münsif qismində "Azercell Telekom" MMC-nin Tərəfdaşlarla Münasibətlər Şöbəsinin direktoru Nigar Şıxlinskaya, İnnovasiyaların tətbiqi üzrə müstəqil ekspert Leyla Hacıyeva, Azərbaycan Dövlət İqtisad Universiteti İnkubasiya mərkəzinin rəhbəri Mübariz Şahbazlı Azərbaycan Dövlət İnnovasiyalar agentliyinin layihə meneceri Camal Ağayev iştirak ediblər.

Qeyd edək ki, Azercell-in dəstəyilə yarım ildən çox davam edən proqram qadınların texnologiya biznes sahəsində biliklərinin artırılmasına startap ideyalarının inkişafına yönəlmişdi. Yeniliyə açıq, öyrənmə həvəsli startap ideyası olan qadınlardan ibarət 25 iştirakçı 7 ay müddətində biznes, startap, innovasiya sahələrində peşəkar təlimçilər, mentorlar tərəfindən dəstək alıb. Proqram çərçivəsində biznes innovasiya sahələrindəki trend mövzular, "Blockchain" texnologiyaları NFT, təqdimat bacarıqları "pitch-deck" hazırlanması, eyni zamanda MVP, məhsul-bazar uyğunluğu məhsulun inkişaf etdirilməsi üzrə təlimlər keçirilib.

Layihənin sonunda bütün iştirakçılara sertifikat, qalib seçilən "She leads" komandasına isə pul mükafatı da təqdim olunub.

Ülvi QARAYEV,

Respublika”.