Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) və “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun imzalanması ilə tərəflər poçt və maliyyə xidmətlərinin, o cümlədən yığımların təşkili, MDM tərəfindən göstərilən xidmətlərin regionlarda təşkilinə dəstək, regionların sosial inkişafı çərçivəsində birgə layihələrin icrası və məlumat mübadiləsi sahələrində əməkdaşlığı nəzərdə tuturlar.
Qurulan əməkdaşlıq sayəsində MDM-dən xidmət alan fiziki və hüquqi şəxslərin işləri daha da asanlaşacaq. Müştərilərə xidmətlərin daha yaxşı şəkildə göstərilməsi üçün yaxın gələcəkdə tərəflərin əməkdaşlarına qiymətli kağızlar üzrə təlimlərin keçirilməsi də planlaşdırılıb.
“Respublika”.