"Təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin plenar iclasında üçüncü oxunuşda qəbul edilib.
9 iyun “Asan radio”nun məlumatında bildirilir ki, dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən sertifikatlaşdırmadan keçəcəklər.
İlk dəfə işə qəbul olunanlar 3 il müddətində sertifikatlaşdırmadan keçməyəcəklər. Azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər də sertifikatlaşdırmadan keçməyəcəklər.
Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.
“Respublika”.