Bakı Metropoliteninin
Reklam və elanlar

Bakı Metropoliteninin "H.Aslanov" stansiyasının dalan yollarında korroziyaya (deformasiyaya) uğramış yük daşıyıcı konstruksiyaların bərpası işlərinin satınalınması üzrə AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını e-portaldakı göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə Əsas Şərtlər Toplusunu əldə etmiş olur və İddiaçı kimi təkliflərini Portal vasitəsi ilə təqdim edə bilər.

İştirak haqqı - 1500 manat

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 08 sentyabr 2023-cü il saat 14:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 18 sentyabr 2023-cü il saat 14:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.

İddiaçıların təklifləri 19 sentyabr 2023-cü il saat 14:00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

"BAKI METROPOLİTENİ" QSC TENDER KOMİSSİYASI.