Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi S.Ə.Ağayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi S.Ə.Ağayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci hissəsinin 11-ci bəndini və 114-cü maddəsinin üçüncü hissəsini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Əhməd oğlu Ağayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 15 dekabr 2022-ci il