Bakı, Sumqayıt və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib
İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Respublika"-ya verilən məlumata görə, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək.