Bakıda Sabantuy tatar milli bayramı qeyd edilib
Mədəniyyət

Bakıda Sabantuy tatar milli bayramı qeyd edilib

Bayram tədbirində Tatarıstanın Rəisi Rüstəm Minnixanov iştirak edib

Bakı Dənizkənarı Bulvarının ərazisində Sabantuy tatar milli bayramı qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, ictimaiyyətin KİV-lərin nümayəndələri iştirak ediblər.

Bu il bayram Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Qonaqlar əvvəlcə Dənizkənarı Bulvarın ərazisində yaradılmış tematik guşələrlə tanış olublar.

Sonra Azərbaycanın Tatarıstanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim edilib.

Bayram bayrağını Qarabağ müharibəsi qazisi Rasim Yaxin "Yaşlek" Tatar Gənclər Mərkəzinin sədri Diaz Əhmədcanov qaldırıblar.

Qonaqları salamlayan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: "Rüstəm Nurqaliyeviç, Sizi salamlamaq bu gün Bakıda keçirilən tədbir ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin ən xoş arzularını təbriklərini çatdırmaq mənim üçün böyük şərəfdir. Azərbaycan ilə Rusiyanı sıx əlaqələr birləşdirir. Vurğulamaq istədiyim məqamlardan biri ondan ibarətdir ki, Rusiya Azərbaycan beynəlmiləl dövlətlərdir. Bakıda tatar diasporunun fəaliyyəti həmin dostluğun, sülh şəraitində yaşamağın, inkişaf tərəqqinin parlaq nümunəsidir".

Nazir Tatarıstanın Rəisi R.Minnixanovun azad olunmuş ərazilərə dünənki səfərinə toxunub: "Siz dünən Azərbaycan Respublikasının Prezidenti ilə birlikdə Zəngilan Cəbrayılda oldunuz. Tatarıstan kompaniyalarının da azad olunmuş ərazilərin bərpasında bizə kömək edəcəyi heç təsadüfi deyil. Siz iqtisadiyyata təsərrüfata yaxşı bələd olan dövlət xadiminə xas olan çox qiymətli təcrübənizlə həyata keçiriləcək vəzifələrin işlərin tam həcmini gördünüz. Heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həm iqtisadiyyatın bərpası, həm bizim qaçqınların məcburi köçkünlərin tez bir zamanda öz doğma yurdlarına qayıtması üzrə vəzifələr yerinə yetiriləcək".

M.Cabbarov dəfələrlə Tatarıstana səfər etdiyini bu respublikanın sosial-iqtisadi inkişafının nəticələri ilə əyani şəkildə tanış olduğunu qeyd edərək əlavə edib ki, Tatarıstan bir çox sosial-iqtisadi göstəricilərə görə Rusiya Federasiyasının subyektləri arasında liderdir.

Nazir çıxışının sonunda deyib: "Bugünkü tədbir Azərbaycanda bütün ilboyu olduğu kimi, dövlətçiliyin Azərbaycanın müasir simasının rəmzi olan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Heydər Əliyev İli" çərçivəsində keçirilir. Heydər Əliyevin Mintimer Şaymiyev ilə xüsusi münasibətləri Azərbaycan ilə Tatarıstan arasında münasibətlərin təməlini qoyub. Onu da qeyd etmək istərdim ki, bu gün Siz İlham Heydər oğlu ilə birlikdə hamıya dostluq qarşılıqlı əməkdaşlıq örnəyi nümayiş etdirirsiniz".

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vurğulayıb ki, Tatarıstanın Rəisi Rüstəm Minnixanovun Azərbaycana səfəri ölkəmiz üçün çox mühüm hadisədir. O deyib: "Tatarıstanın Rəisi azad olunmuş ərazilərdə bizim tariximizin faciəli səhifələrinin canlı şahidi oldu. Biz Sizin dəstəyinizi hiss edirik. Buna görə Sizə minnətdaram. Bizim Tatarıstanla qardaşlığımız Rusiya ilə müttəfiqlik əlaqələrimizin tərkib hissəsidir. Çox şadıq ki, bu gün Tatarıstanda belə gözəl hadisələr baş verir. Elə bu yaxınlarda Azərbaycanın iqtisadiyyat naziri ilə birlikdə Kazana səfər etdik tatar xalqının nailiyyətlərinin şahidi olduq, həmçinin sizin gözəl paytaxtınızı gördük".

P.Bülbüloğlu vurğulayıb ki, Azərbaycanda Sabantuyun bayram edilməsi ənənəvi xarakter daşıyır. O əlavə edib ki, bayram bu gün daha böyük məna kəsb edir, çünki Tatarıstanın Rəisinin iştirakı ilə keçirilir.

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov bildirib ki, gözəl qardaş şəhər olan Bakıda olmaq onun üçün böyük şərəfdir: "Biz bu gün təkcə belə böyük bayram olan Sabantuyu qeyd etmirik, həm çox gözəl insan Heydər Əliyevin xatirəsinə ehtiramımızı ifadə edirik. O, Sovet İttifaqının inkişafına böyük töhfə verib. Heydər Əliyev respublikamızın ən yaxın dostu bax bu gözəl ölkənin böyük xidmətləri olan atası idi".

Sonra bir sıra şəxslərə Tatarıstan Respublikasının dövlət mükafatları təqdim edilib.

Qeyd edək ki, "Baursak evi" adlanan sahədə çayxana kimi stilizə edilmiş fotozona təqdim olunub. Orada iştirakçılar, həmçinin tatar şirniyyatları, çay, keramika "baursak" adlanan şirniyyatlara qonaq edilib. Bundan əlavə, burada taxta samovar şəklində çay stendlərində milli naxışların çəkilməsi üzrə ustad dərsi keçirilib.

"Milli müdriklik evi" adlanan sahədə tatar ictimai xadimlərinə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Mənəviyyat, mədəniyyət, maarifçilik" adlı sərgi ekspozisiyası hazırlanıb. Burada, həmçinin soyağacının tərtibi, maqnitlərin, tatar ilahiyyatçısı Rizaetdin Fəxrəddinin sitatları olan nişanların, stolüstü molbertlərin üzərində tatar ornamentlərinin, tatar qadın başgeyimləri- kalfakların hazırlanması, milli naxışlarla rəsmlərin çəkilməsi üzrə tematik ustad dərslərində iştirak etmək mümkün olub.

Mədəni tədbirin proqramı çərçivəsində xalq sənəti yarmarkası müxtəlif müsabiqələr keçirilib.

Sabantuy iştirakçıları tatar güləşi, qaşıqla qaçış, torbada qaçış, boyunduruq ilə qaçış, pəhləvan çəkici, "Dost ailə" s. idman-əyləncə oyunlarında da iştirak ediblər.