Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb
Ekologiya

Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb

Noyabrın 08-də

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi 7-12 m/s, gündüz cənub-şərq küləyi 8-13 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-22° isti olacaq.

Noyabrın 09-da

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi 8-13 m/s, səhər 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq.

Noyabrın 10-da

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək, axşam şimal-şərq küləyi 7-12 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 16-18° isti olacaq.

Noyabrın 11-də

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi 7-12 m/s, gündüz arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti olacaq.

Noyabrın 12-də

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Cənub küləyi 8-13 m/s, arabir 15-18 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti olacaq.