Baş prokurorun rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir
Digər xəbərlər

Baş prokurorun rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri davam edir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib. Nümayəndə heyətinin üzvləri Ulu Öndərin abidəsi önünə əklil qoyaraq, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.

AZƏRTAC